Haqqımda

Zərifə Mayılova — “Rentgen qadın”

Həkim-rentgenoloq Zərifə Mayılova haqqında qısa təqdimat və peşə yolu.

Zərifə Mayılova
Bioqrafiya

Mayılova Zərifə Yaqub qızı Azərbaycan Respublikasının Kəlbəcər rayonunda anadan olub.

Qabiliyyət və diaqnostika

Zərifə Mayılova 9 yaşında 12 günlük letarqik yuxu keçirdikdən sonra insanın daxilini görmə qabiliyyəti inkişaf edib. O, insan orqanizminin daxilindəki xəstəlikləri ən müasir tibbi aparatlardan daha dəqiq müəyyən etməklə sağaltmağı da bacarır.

Qeyri-adi qabiliyyəti ilə 50 növdən çox xəstəliyi preparatsız müalicə edə bilir. Göstəriş siyahısı və qəbul qaydaları dəqiqləşdirildikdə bu bölmədə yenilənəcək.

Zərifə xanım sadalanan xəstəlikləri tam qaranlıq otaqda vizual üsulla müəyyən edir, dərman və cərrahiyyədən istifadə etmədən şəfa verir.

Təcrübə və tələblər

Özünün sözlərinə görə, 40 il ərzində 720 mindən çox insan müalicə edib.

Müalicənin uğurla nəticələnməsi üçün xəstələr onun İslam dininə əsaslanaraq xəstə qarşısında qoyduğu tələblərə əməl etməlidirlər.

Rəsmi təsdiq

Zərifə xanımın unikal qabiliyyətə malik olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən 2000-ci ildə verilən lisenziya və Gena Davitasvilinin Beynəlxalq Alternativ Elmlər Akademiyasından 2000-ci ildə aldığı diplomda rəsmi təsdiqini tapıb.

Xeyriyyəçilik

Zərifə xanım tanınmış xeyriyyəçidir. Yüzlərlə ailə, qaçqın onun yardım və qayğısını görüb. İmkansız gənclərə ailə qurmaqda kömək edib.

Onun xeyriyyəçilik fəaliyyəti “Azərbaycan Respublikası Jurnalist Həmkarlar İttifaqı Rəyasət Heyətinin”, “Azərbaycan Respublikası Ziyalılar Cəmiyyətinin”, “Şəhid Ailələri və Qarabağ əlillər Cəmiyyətinin” diplom və fərmanlarında etiraf edilir.

Əlavə materiallar və xəbərlər bu platformada mütəmadi yenilənəcək.

Əlaqə