Əfrasiyab Yəhya oğlu Əliyev

ÜMİD  QAPISI

                Mən,  bizim  sevimli  Zərifə xanımi  20 ildən çoxdur  tanıyıram. Evdə, ailədə, qohumlarda dəfələrlə möcüzəsinin şahidi olmuşam. Bu danılmaz həqiqətdir ki,  elə müəmmalı   xəstəliklərlə qarşılaşırıq ki, bəzən biz həkimlərdə ona diaqnoz qoya bilmirik. Belə vaxtlarda  elə həmin an yadıma Zərifə xanım düşür. Onu tanıyanlar, onun necə  zəkalı,  savadlı bır xanım olduğunu bilirlər.

                Zərifə xanım har hansı bır xəstəlik haqqında danışanda adam  çaşır, qarşısında bir loğman yox. ALİ DƏRƏCƏLİ  bir professor olduğunu düşünür. Zərifə xanımın xəstələrinin içində  bizim həkimlər çoxdur,  bu da normal bir haldır.

                Zərifə xanımın möcüzələrinin bir çoxunun mən də şahidi olmuşam. Özüm Təcili Tibbi Yardımda həkim işləyirəm. Bir  gün növbədəydım, evdən çağırış gəldi  və ardınca zəng gəldi ki, tez gəl  atamın halı pisdir. Evə gəldim qayınatamın vəziyyəti dogrudan pis idi. Kişi  tərpənə belə bilmirdi,ayaq üstə yarıbükülü qalmışdı. Tez  nə lazım idi eləməyə başladıq. İynə vurmaq üçün belə otura bilmədi. Nə isə vena iynəsin ayaq üstə birtəhər vurduq, təcili yardım maşını ilə Semaşko  xəstəxanasına gətirdik. Bir neçə həkim yığışdı, hərə bir fikir söylədi, bir sözlə kişinin vəziyyəti ağır idi. O gezə hamı çox narahat  idi. Səhər açılan kimi qaynanam dedi, kişini  Allahdan aşaği  Zərifə xanımadı ümidimiz, yoxsa...

                Kişini Zərifə xanımın yanına gətirdik, mənim üçün də maraqlı idi, Çünki dəqiq diaqnoz qoyulmamışdı. Zərifə xanım 1 neçə saniyə baxdı və diaqnoz qoydu. Məlum oldu ki, plevra qatı zədəliymiş, soyuqdəymədən ora su yığılıb, sıxılır və bərk ağrı verir. Nə isə Allah razı olsun, kişini  3 günə müalicə etdi, sağaltdı.

                Mən həmişə söhbət düşəndə deyirəm, xəstənin sağalmasında həkim bir  vasitəçidir. Zərifə xanım da Allahın bir müqəddəs, xeyirxah  vasitəçisidir. Xalqına, insanlara ümid qapısıdır. Həm görür, həm müalicə edir. Allah yollarını açıq etsin.

                                               Təcili Tibbi Yardım Stansiyasının həkimi  Əfrasiyab Yəhya oğlu Əliyev.