Gulnar Veliyeva

                                                    Mən də ana oldum 

       Özüm ali təhsilli müəlliməm.Beş il idi ailə qurmuşdum.Amma övladım olmurdu.Çox mama-genekoloqlara, ara həkimlərinə müraciət etdik.Dərman bitkilərindən, həkimlərin yazdığı müalicələrdən çox istifade etdik.Amma heç bir nəticəsi olmadı.

       Yaxın bir dostumuz İlahi vergili Zərifə Mayılova haqqında bizə məlumat verdi.Özünün də onun əliylə şəfa tapdığını dedi.

       Mən həyat yoldaşımla birlikdə 2010-cu ildə Zərifə xanımın qəbuluna düşdük.Qaranlıq otaqda bizi müayinə edib, problemin məndə olduğunu bildirdi.3 gün dalbadal seans qəbulundan 15 gün sonra yenidən yoxlamadan keçirdi.Sonra ayda bir dəfə 3 ay yeni seans qəbul etdim.2011-ci ildə hamilə qaldım.Qızım oldu.Nənəsi Pəri uşağa öz adını qoydu.İndi balaca Pərinin 3 yaşı var.Sağlamdı, gözəldi.Amma heç kimin qucağına sevinclə getmir.

       Evimizdə Zərifə xanımın şəkli var.Uşaq lap körpəliyindən şəkli görən kimi ağlamağını kəsir, sanki onu tanıyırmış kimi şəklə sarı can atır, qığıldayır, sevinir.İndi də belədir.Bu balaca Pərini tez-tez Zərifə xanımın yanına ziyarətə gətiririk.Özünü onun qucağına sevinclə atır.Bəlkə də mən anasını belə istəmir.Biz fikirləşirik ki, Zərifə xanım əliylə, duaları, şəfası ilə dünyaya gələn uşaqların ürəyində Zərifə xanıma xüsusi ilahi bir bağlılıq var.Zərifə xanım övlad sevinci bəxş etdiyi ailələrdə böyüyən uşaqların hamısını özünə nəvə hesab edir.Və onları çox sevir.Hər dəfə onlarla görüşəndə doğma balası kimi bağrına basır.Qəribədir, körpələr qara örpəkdə, bəzən qaranlıq otaqda gördükləri Zərifə xanımdan çəkinmirlər.Adətən körpələr tanımadıqları insanların qucağına getmirlər, dodaqlarını büzüb ağlayırlar.Zərifə xanımın səsindəki sehr, gözlərindəki mehr,məhəbbət körpələri ona əbədi bağlayır.

       Mən çox sevinirəm ki, 3 yaşlı Pərim Zərifə xanımı məndən çox istəyir.Xoşbəxt qadınam ki övladım İlahi nurlu bir insanın verdiyi şəfadan doğulub.Mən Zərifə xanıma minlərlə, milyonlarla nəvə arzulayıram.Qoy bütün analar sevinsin.Öpürəm Zərifə xanımın əllərindən, dərdlərimizi görən gözlərindən.

                                                                                   Hörmətlə: Gülnar Vəliyeva 

                                                                                   Binəqədi ray.,6-cı mkr,S.Məmmədova 203,mən.61

                                                                                   (012) 568-23-96/ (051) 515-74-94