Z.NƏBİYEVA: «Kim cadugərə müraciət edirsə, şeytana qapı açır
Z.NƏBİYEVA: «Kim cadugərə müraciət edirsə, şeytana qapı açır»
Əhalinin gün-güzəranının günü-gündən çətinləşdiyi, ağırlaşdığı bir zamanda cadugərlərin, falçıların, fırıldaqçıların, kələkbazların, bir sözlə dələduzluqla məşğul olanların yaxşı pöhrələnib artması üçün münbit şərait yaranmışdır. Bunu sübut etməyə elə bir ehtiyac yoxdur. Artmaqda olan falabaxanları da, dua yazanları da, zər atanları da bu gün görmək mümkündü. Onların yalnız bir məqsədləri var. Camaata kələk gəlib pul qazanmaq.
Ancaq bu cür xislətli adamlardan tam fərqli olaraq, insanlara sərf etdiyi əməyinin, çəkdiyi zəhmətinin göz qabağında olan, şəfa verdiyi xəstələrin ürəkdən «sağ ol»unu qazanan Zərifə xanım Nəbiyeva kimiləri də var.
Çox yaxşı olardı ki, Respublika Səhiyyə Nazirliyi xalq təbabətinin bilicilərini yaddan çıxarmasınlar. Onları öz himayələrinə götürsünlər. Belə şəxslərə himayəçilik əhalinin tibbi xidmət səviyyəsini az da olsa yaxşılaşdırar.
«Ədalət» qəzeti, 24.12.1996-cı il