İNSAN QƏLBCƏ TƏMİZ OLMALIDI

İNSAN QƏLBCƏ TƏMİZ OLMALIDI
Möcüzə-şəfaverici kimi haqqında bizə danışılan Zərifə xanım Nəbiyevanın qəbul otağındayıq. Bura çox da böyük olmayan, bər-bəzəksiz bir otaqdı. Divarda Zərifə xanımın diaqnoz qoyduğu və müalicə etdiyi xəstəliklərin siyahısı, həmçinin qəbula gələnlərə müaraciət plakatı asılmışdır. Təkcə mart, aprel aylarında ən müxtəlif xəstəliklərlə diaqnozu qoyulmuş 600 xəstə qəbul etmişdir. Burada Çernobıl AES-da zərər çəkən xəstələr də müalicə olunur. Bu insanların böyük əksəriyyəti buranı qəribə,bəzən də anlaşılmaz şəfa tapmaq duyğusu ilə tərk edirlər…
Bəli, o artıq çoxlarına kömək etmişdir. 1995-ci il may ayının 24-di Mətbuat və İnformasiya Nazirliyi şəfavericiliyə və xeyriyyəçiliyə görə H.Z.Tağı-yev adına «Xeyriyyəçilik və yardıma görə» diplomunu təqdim etmişdir.
Zərifə xanımın köməyi ilə çoxları müalicə olunub, şəfa tapmışdır.

«Gündəlik xəbərlər» qəzeti
3 may 1996-cı il