RENTGEN ZƏRİFƏ ADAMLARIN DAXİLİNİ GÖRÜR

RENTGEN ZƏRİFƏ ADAMLARIN DAXİLİNİ GÖRÜR
70 il mənəviyyatı zorlanmış, inam və etiqadları alt-üst edilmiş bir xalqın 5-10 ilə özünüdərk yaddaşının bərpasına, mənəvi bəraətinə inanmaq tələsgəndikdən başqa bir şey ola bilməz. Ona görə də bu gün kəramət və möcüzə sahiblərinə, onların müqəddəs əməllərinə etimadsızlığı təbii qarşılamaq lazım gəlir.
Çünki biz möcüzə sahiblərini, ilahi vergili nadir istedadları təkzib etməklə, ilk növbədə öz milli böyüklüyümüzü, bizi dünyaya tanıda biləcək istedadları, fenomenləri inkar etmiş oluruq. Lakin onlar var. Onlar gələcək tariximizin bu günkü təməl daşlarıdır.
Zərifə xanım haqqında çox yazılıb. Saysız qəzet məqalələri, «Zərifənin möcüzələri», «Maddidən mənəviyə — zülmətdən nura» adlı kitabları az-çox onun  fəaliyyətini işıqlandırıb. Lakin Zərifə Mayılova — bu şəfa mələyinin həyatı və möcüzəli fəaliyyətinin kompleks tədqiqi indiyədək aparılmadı-ğından onunla bağlı təsəvvürlərdə qeyri-məntiqilik var.
Həmişə mənəvi iflas, ruh düşgünlüyü, insanın insana qarşı amansızlığı bəşəriyyəti intihara aparanda ilahi öz şəfa elçilərini Yer üzünə göndərib. Bəşəriyyəti cahilliyin faciəsindən xilas edib.
Zərifə xanım da məhz belə bir dövrə, yəni Allahın tamamilə inkar edildiyi, insan mənəviyyatı qul ləyaqətinə endirildiyi, insanı Yer üzünün əşrəfindən adi cansız robot səviyyəsinə salındığı bir dövrdə dünyaya gəlib.
Biz Zərifə xanımı qara yaylıqda, qara rübənddə gördük. Yenə insanlara şəfa əlini uzatmağa tələsirdi. O, bu geyimdə zülmətdən işığa doğru gedən  meteora bənzəyirdi.

«Versiya», 29.06.2000-ci il