Dövrü mətbuatda

Mətbuat materialları

Qəzet, jurnal və internet mediada dərc olunan yazılar.

“Maarifçi”, 8 yanvar 1997-ci il
"Üzündən nur tökülən bu qadın böyük ürək sahibidir. 42 qaçqın ailəsinə himayədarlıq edir. Imkansız xəstələrin çoxunu təmənnasız sağaldır. "Murovdağ”, "Ekspress-Əks-səda” qzəetlərinə sponsorluq etdiyinə görə H.Z.Tağıyev adına fəxri diploma layiq görülüb.
“Rabitə dünyası” 7 fevral 1997-ci il
Çoxdan tanıdığım jurnalist dostlarımın xəstəliklərinin səbəbləri və müalicə yolları Zərifə xanımın dilində səsləndikcə dostlarımın maraq və təəccübü də təbii olduğu kimi "belə-belə işlərdən yazmaq istəməyənlərin” nə isə yazacaqlarına inanırdım və düşünürdüm ki, biz istəsək də İla
“Rezonans”, 1997-ci il
"Qoca əsrin” son günlərində” elmi təbabətə alternativin meydana gəlməsi, artıq deyəsən heç kəsin heyrətləndirmir. "Zərifə xanım insan orqanizmindəki daxili orqanları rentgen kimi görür və diaqnozu da bunun köməyilə qoyur!”.
“Yeni Azərbaycan”-1 mart, 1997-ci il
"Allahın vergili bəndəsinin yerdə qədrini bilməmək günahdır! Təkcə uzaqgörənliyi ilə bütün dünyada tanınmış Vanqa qarı (Allah ona rəhmət eləsin) nəyi ilə bizim "canlı rentgen”imizdən üstündür”.
“Rezonans”, №7, 1997-ci il
İki dəfə yanında oldum, nə rentgen aparatına ehtiyac duyuldu, nə də dava-dərmana. O, gözləri ilə məni müayinə etdi, əlini bir neçə dəfə mədəmin üzərində gəzdirdi. Vəssəlam! Elə bil anadangəlmə mədəm xəstə olmayıb. Qəzetiniz vasitəsilə Zərifə xanıma öz minnətdarlığımı bildirirəm.
“Gənclik”, 1-8 avqust 1996-cı il
Zərifə xanım xəstələri heç vaxt pul xatirinə müalicə etmir. Allahın ona bəxş etdiyi möcüzə ilə insanları sağaltmağı özünə borc bilir. Yaxşı olar ki, onun normal fəaliyyət göstərməsi üçün dövlət səviyyəsində şərait yaradılsın.
“Ədalət”, №125 1996-cı il
Mənim xəstəliyimin ağırlaşmasının qarşısını alan Zərifə xanımın şəfalı əlləri oldu. O çox layiqli insan və nadir loğmandır.
“Olaylar”, 9 may 1996-cı il
"Zərifə xanım 1995-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin təsis etdiyi H.Z.Tağıyev adına "Xeyriyyəçilik və yardıma görə” diplomuna layiq görülüb.
“Sara Ekspress”, 8 iyun 1996-cı il
"Bu qeyri-adi xanımla məni qonşum, milliyyətcə rus olan Basixa Qalixa tanış etdi. Kimdir ilahi qüvvəyə malik, bəzilərinin paxıldıqdan görmək istəmidiyi bu qadın?